FIFA-nın milyonlarını mənimsəyən rəhbərə ağır cəza
Dünya
261
17:25, Bu gün

FIFA-nın milyonlarını mənimsəyən rəhbərə ağır cəza

Konqo Respublikası Futbol Federasiyasının (Fecofoot) rəhbəri Jan-Qay Blez Mayolas üçün məhkəmə prosesi ağır qərarla yekunlaşıb.

Moderator.az "Championat" nəşrinə istinadən xəbər verir ki, o, COVID-19 pandemiyası zamanı çirkli pulların yuyulmasında, sənədlərin saxtalaşdırılmasında, qanunsuz gəlir əldə etməkdə və FIFA-nın ayırdığı vəsaitləri mənimsəməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Məhkəmə instansiyası federasiya prezidentini ilk növbədə qadın futbolunun inkişafına və yeni təlim mərkəzinin inşasına yönəldilməli olan maliyyə vəsaitlərini ələ keçirməkdə təqsirkar sayıb.

Xatırladaq ki, Mayolas bundan əvvəl də FIFA-ya məxsus ümumilikdə 1.3 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə, o cümlədən qadınlardan ibarət milli yığma üçün nəzərdə tutulan təqribən 500 min dolları oğurlamaqda ittiham edilirdi.

Qeyd edək ki, Mayolas 2025-ci il mayın sonlarında Daxili İşlər Nazirliyinin tabeliyindəki Mərkəzi Kəşfiyyat və Sənədləşmə İdarəsinin (CID) əməliyyatçıları tərəfindən saxlanılmışdı. Onunla yanaşı, "Fecofoot"un baş katibi Baji Mombo Vantete də həbs olunub. Hər iki şəxs irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edib və bu prosesi onlara qarşı qurulmuş oyun kimi qiymətləndiriblər.

Link kopyalandı!
Son xəbərlər