19:39
6°C
Bakı
Qırğızıstanın fövqəladə hallar naziri Urmatbek Şamırkanov vəzifəsindən azad edilib.
Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkə prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
Şamırkanov əvvəllər nazir müavini vəzifəsində çalışıb və fevralın 19-da nazir təyin edilib.
Nazirin işdən çıxarılmasına səbəb onun nazir müavini vəzifəsində çalışarkən rüşvət aldığına dair şübhələrin olmasıdır.
Prezidentin mətbuat katibi Askat Alagözov da açıqlamasında bunu təsdiqləyib:
"Əgər kiminsə qanunsuz hərəkətlər etdiyi məlum olarsa, ölkə rəhbərliyi buna göz yummayacaq. Bu gün olduğu kimi, qəti tədbirlər görüləcək".