ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin nəticələri ağırlaşıb.
Moderator.az xəbər verir ki, Tehran Təcili Tibbi Yardım Departamenti rəhbərinin müavinin məlumatına görə ki, müharibə başlayanadan bu yana yalnız paytaxt Tehranda ən azı 460 nəfər həyatını itirib, 4 309 nəfər isə yaralanıb.
Həmçinin, 28 fevraldan bəri baş verən hücumlarda Tehrandakı 18 təcili yardım maşını və 18 təcili yardım stansiyasının zədələnərək yararsız hala gəldiyini qeyd edib. Bu vəziyyətin yaralılara yardım prosesini və səhiyyə xidmətlərini ciddi şəkildə çətinləşdirdiyi vurğulanıb.
Hücumların fəsadları yalnız Tehranla məhdudlaşmayıb. Ölkə daxilindən gələn məlumatlara görə, ümumi ınsan ıtkısı 1 200-dən çox, yaralı sayı isə 10 mindən artıq olub.
Xüsusilə enerji infrastrukturu və strateji obyektlərə yönələn hava hücumlarının yaşayış yerlərində yaratdığı dağıntılar itkilərin artmasında əsas səbəb kimi göstərilir.