ABŞ İrana quru əməliyyatına hazırlaşır? – CNN iddiaları
Dünya
268
16:17, Bu gün

ABŞ İrana quru əməliyyatına hazırlaşır? – CNN iddiaları

Orta Şərqdə gərginlik hər keçən gün daha da artır. Amerika Birləşmiş Ştatları (ABŞ) və İsrailin 28 fevral şənbə günü İrana qarşı başladığı hücumların ardından İran da qarşılıqlı zərbələr endirir. Müharibə qısa müddətdə Körfəz ölkələrinə yayılıb.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin tezliklə sona çata biləcəyini qeyd edərək demişdi ki, "Müharibənin böyük ölçüdə tamamlandığını düşünürəm. Donanmaları yoxdur, kommunikasiya qurğuları yoxdur, hava qüvvələri yoxdur." Trampın bu açıqlamalarından sonra İran İnqilab Keşikçiləri bildirmişdi ki: "Müharibənin sonunu biz müəyyən edəcəyik. Regionun gələcəyi və tənlikləri artıq silahlı qüvvələrimizin əlindədir. ABŞ qüvvələri müharibəni bitirməyəcək." 

İrana qarşı quru əməliyyatı olacaqmı?

Digər tərəfdən, ABŞ-ın İrana qarşı quru əməliyyat keçirib-keçirməyəcəyi hələ də gündəmdədir.

Moderator.az xəbər verir ki, CNN International-in xəbərinə görə, İranın yeraltı anbarında saxlanılan yüksək zənginləşdirilmiş uran ehtiyatlarını geri alma əməliyyatı, Tramp administrasiyasının müzakirə etdiyi hədəflərdən biri kimi ön plana çıxır.

ABŞ mediasına danışan hərbi ekspertin bildirdiyinə görə, belə bir əməliyyat az sayda xüsusi təyinatlı qüvvə ilə məhdudlaşmayacaq, sahədə çox sayda ABŞ quru əsgərinin olmasını tələb edəcək.

Xəbərdə qeyd olunur ki, əməliyyat tonlarla yüksək radioaktiv materialın daşınması və ya təhlükəsiz hala gətirilməsi kimi mürəkkəb bir işin bir hissəsi olacaq və bu, çox sayda əsgərin həyatını riskə atacaq.

Link kopyalandı!
Son xəbərlər