İraqın hava məkanı bağlı qalacaq
Dünya
196
16:00, Bu gün

İraqın hava məkanı bağlı qalacaq

İraqın hava məkanı aviasiya uçuşları üçün ən azı daha üç gün müddətinə qapalı olacaq.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hava məkanının bağlı qalma müddəti martın 13-də, cümə günü yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 13:00-a qədər) uzadılıb. Bildirilib ki, ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatların başladılması səbəbindən İraqın hava məkanı fevralın 28-də səhər saatlarında bağlanıb.

Xatırladaq ki, fevralın 28-dən Bəhreyn, Küveyt və İranın da hava məkanlarında uçuşlar dayandırılıb, Qətər isə öz səmasını gün ərzində yalnız bir neçə saatlıq qismən açıq saxlayır. Bununla yanaşı, BƏƏ və Suriyanın hava məkanlarında məhdudiyyətlər davam edir, İsrail ərazisi üzərindən uçuşlar isə mütəmadi olaraq dayandırılır.

Link kopyalandı!
Son xəbərlər