Xameneinin ölümünə görə İsmayıl Qaani edam edilib?
Dünya
1027
15:55, Bu gün

Xameneinin ölümünə görə İsmayıl Qaani edam edilib?

Bəzi ərəb mətbuatında yayılan iddialara görə, İranın “Qüds" Qüvvələrinin komandanı İsmayıl Qaani edam edilib. 

Moderator.az xəbər verir ki, iddialara görə, İran Qaanini İsrail casusu olması səbəbindən edam edib.

Lakin Tehran bu xəbərləri təsdiqləyən rəsmi açıqlama yaymayıb, məsələ ilə bağlı ətraflı məlumat verilməyib. Odur ki, iddianın mənbəyi və doğruluğu hələ də qeyri-müəyyəndir.

Qeyd edək ki, İranın dini lideri Əli Xameneiyə qarşı sui-qəsdlərdə adı hallanan Qaani bu ittihamları rədd edib və həmin vaxtdan etibarən heç bir açıqlama verməyib. Sui-qəsdlərdə İranın yüksək rütbəli hərbi şəxslərinin də həyatını itirdiyi iddia olunurdu.

Qaaninin harada olduğu və rəsmi olaraq ittiham olunub-olunmadığı məlum deyil. İran mediası əvvəlcə onun sağ olduğunu yazsa da, sonradan Qaaninin də öldürülmüş ola biləcəyi iddia edilib.

Həmçinin, France24 kimi xarici xəbər agentlikləri də Qaaninin İranda casusluq ittihamı ilə tutularaq edam edildiyi barədə xəbər yayıb. Lakin İran rəsmiləri bu iddialara cavab verməyib.

Rumiyyə

Link kopyalandı!
Son xəbərlər