SEPAH-dan SƏRT BƏYANAT:
Dünya
478
14:40, Bu gün

SEPAH-dan SƏRT BƏYANAT: "Müharibənin nə vaxt bitəcəyinə biz qərar verəcəyik"

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranla müharibənin sona çatdığına dair iddialarını rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi təşkilatın rəsmi sözçüsü Sərdar Nainiyə istinadən məlumat yayıb. O, Trampın açıqlamalarını "absurd və yalan", özünü isə "cinayətkar" adlandırıb. Sözçü deyib ki, Tehranın mövcud münaqişənin miqyasını daha böyütmək üçün əlləri bağlı deyil.
 
"Təhlükəsizlik ya hər kəs, ya da heç kim üçün olacaq. Müharibənin nə vaxt bitəcəyinə isə yalnız biz qərar verə bilərik", - deyə agentliyin sözçüsü vurğulayıb. Naini həmçinin əlavə edib ki, İran silahlı qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin, o cümlədən təyyarədaşıyan "Gerald R. Ford"un Hörmüz sularına gəlməsini gözləyir.
 
Bundan başqa İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, İran xalqına qarşı təkrar hərbi əməliyyatların qarşısını almaq üçün düşmənə dərs verməyincə, atəşkəsə razılıq verməyəcəklər.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrandakı müharibənin praktiki olaraq bitdiyini bəyan etmişdi.
 
Link kopyalandı!
Son xəbərlər