Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk iki günündə təxminən 5.6 milyard dollarlıq sursat istifadə edib.
Moderator.az-ın məlumatına görə, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər yayıb.
Bildirilib ki, Pentaqon rəsmiləri bu bilgiləri martın 9-da ABŞ Konqresinin üzvlərinə təqdim ediblər. Xəbərə görə, bundan başqa administrasiya bu həftə qanunverici orqana əlavə hərbi ehtiyaclara on milyard dollara qədər vəsaitin ayrılması üçün sorğu göndərəcək.
Nəşr qeyd edir ki, Pentaqonun qiymətləndirmələri bəzi Konqres üzvləri arasında ABŞ ordusunun ən qabaqcıl silahların məhdud ehtiyatlarını tez istifadə etməsi ilə bağlı narahatlıqları daha da artırıb.
"The Washington Post" Pentaqonun sözçüsü Parnellin fikrindən sitat da gətirib:
"ABŞ ordusu istənilən missiyanı istənilən vaxt və yerdə yerinə yetirmək üçün lazım olan hər şeyə malikdir".
Xatırladaq ki, bundan əvvəl "The New York Times" ABŞ-nin İrandakı hərbi əməliyyatın ilk həftəsində ümumilikdə təxminən 6 milyard dollar xərclədiyini, bunun təxminən 4 milyard dollarının sursata sərf etdiyini bildirmişdi.