02:15
3°C
Bakı
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub.
“Tramp cari məsələləri, ilk növbədə İran ətrafındakı vəziyyəti və Ukrayna münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün Putinə zəng edib. Söhbət həmişəki kimi konstruktiv keçib və təxminən bir saat davam edib”, – deyə Kreml rəsmisi bildirib.