01:55
4°C
Bakı
İsrail Hərbi Hava Qüvvələri İranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz sistemlər üzrə qərargahına zərbələr endirib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın bir neçə bölgəsində yerləşən onlarla obyektə qarşı növbəti zərbələr dalğasını həyata keçirib.
Açıqlamada qeyd olunur ki, zərbələr çərçivəsində SEPAH-ın pilotsuz uçuş aparatları üzrə qərargahı hədəfə alınıb. İsrail tərəfinin iddiasına görə, İran həmin qərargahdan İsrail istiqamətində pilotsuz uçuş aparatları buraxırdı.