Kamal Xərrazi: Vaşinqton artıq iki dəfə Tehranı aldadıb
Dünya
191
09 Mar 2026 | 23:05

Kamal Xərrazi: Vaşinqton artıq iki dəfə Tehranı aldadıb

İran hazırda ABŞ və İsraillə danışıqlar üçün imkan görmür, çünki Vaşinqton artıq iki dəfə Tehranı aldadıb.

Moderator.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinin aparatının müşaviri Kamal Xərrazi bildirib.

"Mən artıq diplomatiya üçün məkan görmürəm, çünki (ABŞ prezidenti - red.) Donald Tramp başqalarını aldadıb və öz vədlərinə əməl etmir. Biz bununla iki dəfə üzləşmişik", - o bildirib.

İran rəsmisi ehtimal edib ki, iqtisadi təzyiq digər ölkələrin ABŞ və İsrailin İrana qarşı təcavüzünün dayandırılmasını təmin etmək üçün müdaxilə edəcəyi həddə çatdıqda danışıqlar üçün imkan yarana bilər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı həyata keçirib. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər