Fransa İranın Türkiyəyə raket atmasını qətiyyətlə pisləyib
Dünya
175
09 Mar 2026 | 22:50

Fransa İranın Türkiyəyə raket atmasını qətiyyətlə pisləyib

Fransa İranın Türkiyə istiqamətində raket buraxmasını qətiyyətlə pisləyib.

Moderator.az-ın xəbərinə görə, Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın buraxdığı raket NATO-nun raketdən müdafiə sistemi tərəfindən Türkiyənin hava məkanında zərərsizləşdirilib.

Paris qeyd edib ki, İran region dövlətlərini hədəf alan bu cür əsassız hücumları dayandırmalıdır.

Fransa həmçinin vurğulayıb ki, münaqişəyə onların iradəsi olmadan cəlb olunan müttəfiq və tərəfdaş ölkələrin yanında dayanır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər