23:39
5°C
Bakı
ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" zenit-raket kompleksiləri göndərib.
Moderator.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "TV Chosun" telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, ABŞ-nin Osan hərbi bazasında 127 tona qədər yük daşıya bilən "C-5 Super Galaxy" strateji hərbi-nəqliyyat təyyarəsi müşahidə olunub.
Belə təyyarələrlə adətən "Patriot" zenit-raket sistemlərinin buraxılış qurğuları və ya THAAD hava hücumundan müdafiə sisteminin elementləri daşınır.