KİV: ABŞ Cənubi Koreyadan Yaxın Şərqə
Dünya
186
09 Mar 2026 | 22:17

KİV: ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" kompleksləri göndərib

ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" zenit-raket kompleksiləri göndərib.

Moderator.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "TV Chosun" telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, ABŞ-nin Osan hərbi bazasında 127 tona qədər yük daşıya bilən "C-5 Super Galaxy" strateji hərbi-nəqliyyat təyyarəsi müşahidə olunub.

Belə təyyarələrlə adətən "Patriot" zenit-raket sistemlərinin buraxılış qurğuları və ya THAAD hava hücumundan müdafiə sisteminin elementləri daşınır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər