Rəcəb Tayyib Ərdoğan:
Dünya
138
20:27, Bu gün

Rəcəb Tayyib Ərdoğan: "Türkiyənin bütün qurumları yüksək hazırlıq vəziyyətindədir"

"Türkiyənin bütün qurumları ölkənin İranla bağlı böhrana cəlb olunmasının qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir".

Moderator.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat verərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə İrana öz ərazisini hədəf alan raket hücumlarının yolverilməzliyi barədə xəbərdarlıq edib.

"Can Azərbaycan başda olmaqla, qardaş ölkələrlə həmrəylik içindəyik. Bölgədəki terror ünsürlərini də izləyirik. Bölgəmizin sakitliyinə və sabitliyinə zərbə vuracaq hər cür ssenarinin qarşısındayıq. Heç kim yanlış hesab aparmasın. Qardaşı qardaşa qırdırmaq tələsinə düşülməməlidir", - deyə Ərdoğan əlavə edib.

Link kopyalandı!
Son xəbərlər