İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ:
Dünya
353
09 Mar 2026 | 19:40

İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"

"İran Baş Prokurorluğu ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən ölkə vətəndaşlarının bütün əmlakını müsadirə edəcək".

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Baş Prokurorluğunun bəyanatında deyilir.

"Bu xəbərdarlıq xaricdə yaşayan və müxtəlif yollarla ABŞ-İsrail qüvvələrinə rəğbət bəsləyən, onu dəstəkləyən və ya onunla əməkdaşlıq edən iranlılara ünvanlanıb", - deyə bəyanatda vurğulanır.

Qurum bəyan edib ki, yalnız müsadirə ilə kifayətlənilməyəcək, həmçinin sadiq olmayan vətəndaşlara qarşı "qanuna uyğun olaraq digər hüquqi tədbirlər" də görəcək.

Qeyd edək ki, ölkə xaricində beş milyona qədər iranlı yaşayır ki, onların da əksəriyyəti ABŞ və Qərbi Avropa ölkələrindədir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər