KİV: ABŞ və İsrail Hərbi Hava Qüvvələri İran aviabazalarının yarıdan çoxunu sıradan çıxarıb
Dünya
408
09 Mar 2026 | 18:40

KİV: ABŞ və İsrail Hərbi Hava Qüvvələri İran aviabazalarının yarıdan çoxunu sıradan çıxarıb

ABŞ və İsrail aviasiyaları hərbi əməliyyatın başlanmasından bəri İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb.

Moderator.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin "Alma" müdafiə tədqiqat mərkəzinin məlumatında bildirilir.

Zərbələr nəticəsində Tehrandakı Mehrabad hava limanında, eləcə də Təbriz, Şiraz, Konarak, İsfahan, Kirmanşah və Zahidan şəhərlərində yerləşən iri aviabazalar zədələnib. İranın taktiki aviasiyadan istifadə imkanları xeyli azalıb. Aviabazalarda qırıcı və nəqliyyat təyyarələri, hava hücumundan müdafiə mövqeləri, anqarlar və anbarlar məhv edilib, həmçinin uçuş-enmə zolaqları zədələnib. Taktiki aviasiya üçün istifadə oluna bilən daha doqquz İran aerodromu da hücumlara məruz qalıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyat aparır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər