Macarıstanda ağır vəziyyət: Baş nazir təcili iclas çağırdı
Dünya
428
18:30, Bu gün

Macarıstanda ağır vəziyyət: Baş nazir təcili iclas çağırdı

Macarıstan Baş naziri Viktor Orban martın 9-da ölkənin enerji resursları ilə təmin olunmasında yaranan ağır vəziyyətlə bağlı hökumətin təcili iclasını çağırdığını bəyan edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Orban özünün "Facebook" səhifəsində paylaşım edib.

"Biz Macarıstanda qaz, neft və benzin qiymətlərinin dözülməz səviyyələrə qalxmasının qarşısını almalıyıq. Bu məqsədlə mən bu axşam hökumətin təcili iclasını çağırıram", - deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər