Livan İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bildirdi
Dünya
795
17:10, Bu gün

Livan İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bildirdi

Livan ölkə ərazisinə qarşı həyata keçirilən və martın 2-dən bəri 400-dən çox insanın ölümünə səbəb olan hücumlara son qoymaq üçün İsraillə danışıqlara başlamağa hazır olduğunu ifadə edib.

Moderator.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Livan Prezidenti Cozef Aun bildirib.

"Livanın (İsraillə) danışıqları bərpa etməyə və bu təhlükəli eskalasiyanın qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirlərini müzakirə etməyə hazır olduğunu bir daha təsdiqləyirik", - deyə Cozef Aun qeyd edib.

O, müharibələrdən və onların nəticələrindən bezmiş vətəndaşlarının əksəriyyətinin iradəsini qulaqardına vuraraq, Livanı regional münaqişəyə sürükləməyə çalışanları qınayıb.

Link kopyalandı!
Son xəbərlər