Vaşinqton Türkiyənin cənubunda böyük şəhər olan Adanadakı ABŞ Baş Konsulluğunun əməkdaşlarını təxliyə etməyə başlayıb. Buna səbəb bölgədəki ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün artan təhdidlər olub.
Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti öz saytında məlumat verib.
Məlumata görə, qərar fövqəladə əməliyyatlarda iştirak etməyən əməkdaşlara, eləcə də onların ailə üzvlərinə şamil edilir.
Qurum əsas olmayan personalın və onların yaxınlarının diplomatik nümayəndəlikdən çıxarılmasına dari rəsmi olaraq əmr verib. Türkiyənin cənub-şərqində yerləşən ABŞ-lilərə ölkəni dərhal tərk etmələri tövsiyə olunur.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti İranla münaqişənin gərginləşməsi səbəbindən ABŞ vətəndaşlarını təcili olaraq bir neçə Yaxın Şərq ölkəsini tərk etməyə çağırmışdı. Lakin Türkiyə ilkin siyahıya daxil edilməmişdi. Eyni zamanda səyahətçilər üçün rəsmi tövsiyə səviyyəsi 2-ci - "yüksək ehtiyatlılıq" səviyyəsində olaraq qalır.