Livanda parlament seçkisi iki il müddətinə təxirə salındı
Dünya
486
09 Mar 2026 | 16:40

Livanda parlament seçkisi iki il müddətinə təxirə salındı

Livanda parlament seçkisi iki il müddətinə təxirə salınıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın spikeri Nəbih Berri məlumat verib.

Onun sözlərinə görə, təklif olunan qanun layihəsini 76 deputat dəstəkləyib, 41 nəfər bunun əleyhinə səs verib, dörd nəfər bitərəf qalıb. İclasda parlamentin 128 üzvündən 121-i iştirak edib.

Qeyd edək ki, Livanda parlament seçkisi mayın 10-na təyin olunmuşdu. Parlamentin səlahiyyət müddətinin uzadılması Livanın cənubunda artan hərbi eskalasiya və ABŞ-İsrailin bölgədə hərbi əməliyyatları ilə əlaqələndirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər