Tramp İrana qarşı əməliyyatın nə vaxt dayandırılmasına Netanyahu ilə birlikdə qərar verəcək
Dünya
1346
09 Mar 2026 | 09:54

Tramp İrana qarşı əməliyyatın nə vaxt dayandırılmasına Netanyahu ilə birlikdə qərar verəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına o və İsrailin baş naziri Benyamin Netanyahu qərar verəcəklər.
 
Moderator.az xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə qərarı təkbaşına, yoxsa Netanyahu ilə birlikdə verəcəyi ilə bağlı suala cavab olaraq danışıb: "Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq".
 
İsrailin ABŞ-ın iştirakı olmadan İrana qarşı əməliyyatı davam etdirə biləcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Düşünmürəm ki, bu, lazım olacaq".
 
Link kopyalandı!
Son xəbərlər