Türkiyə Şimali Kiprə
Dünya
1320
08 Mar 2026 | 23:49

Türkiyə Şimali Kiprə "F-16" qırıcıları göndərəcək

Türkiyə martın 9-da Şimali Kiprə altı ədəd "F-16" qırıcı təyyarəsi göndərəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti Şimali Kiprin Mülki Aviasiya İdarəsi rəhbərinin müavini Aşkın Meşeliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, döyüş təyyarələri təhlükəsizlik məqsədilə səhər saatlarında Şimali Kiprə göndəriləcək. Bu addım mülki aviasiya uçuşlarına təsir etməyəcək.

Türkiyə Müdafiə Nazirliyindəki mənbələr martın 7-də "F-16" qırıcılarının Şimali Kiprə göndərilməsinin mümkünlüyü barədə məlumat vermişdilər.

Yerli KİV-in yazdığına görə, bu məsələ, eləcə də İran ətrafındakı böhran martın 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək hökumət iclasının gündəliyinə daxil ediləcək.

Link kopyalandı!
Son xəbərlər