Nyu-York merinin iqamətgahı yaxınlığında iğtişaşlar: Saxlanılanlar var
Dünya
1392
08 Mar 2026 | 19:01

Nyu-York merinin iqamətgahı yaxınlığında iğtişaşlar: Saxlanılanlar var

ABŞ-nin Nyu-York şəhərinin polisi merin iqamətgahının yaxınlığında baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı altı nəfəri saxlayıb.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şəhər polisinin komissarı Cessika Tiş məlumat verib.

Onun sözlərinə görə, merin evinin yaxınlığında iki ayrı etiraz aksiyası keçirilib. Onlardan biri "ifrat sağçı təxribatçı" kimi təqdim olunan Ceyk Lanq ilə əlaqəli şəxslər tərəfindən təşkil edilib və aksiya "Nyu-Yorkun İslam tərəfindən ələ keçirilməsinə imkan verməyəcəyik" şüarı ilə keçirilib. Polisin məlumatına görə, bu aksiyada təxminən 20 nəfər iştirak edib.

Digər aksiya isə "Nasistlər, Nyu-Yorkdan çıxın" şüarı ilə keçirilən əks-etiraz olub və burada təxminən 125 nəfər iştirak edib.

İki qrup arasında toqquşma baş verib. Polis ümumilikdə altı nəfəri saxlayıb.

Link kopyalandı!
Son xəbərlər