Almaniyada metallurgiya və elektrotexnika sahəsi üzrə 150 minədək iş yerinin azalacağı gözlənilir
1398
08 Mar 2026 | 16:20

Almaniyada metallurgiya və elektrotexnika sahəsi üzrə 150 minədək iş yerinin azalacağı gözlənilir

Almaniyanın Metallurgiya və Elektrik Sənayesi İşəgötürənləri Həmkarlar İttifaqı ("Gesamtmetall") proqnozlaşdırır ki, 2026-cı ildə ölkənin metallurgiya və elektrotexnika sahələri 150 minədək iş yerini itirəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Gesamtmetall"ın rəhbəri Oliver Çander "Funke"yə müsahibəsində danışıb.

"Vəziyyət, həqiqətən, dramatikdir", - o qeyd edib. "Gesamtmetall" rəhbərinin sözlərinə görə, sahə Almaniya qurulandan bəri ən böyük böhranı yaşayır.

Çander, Almaniyanın biznes assosiasiyalarının bir çox digər nümayəndələri kimi, əsas səbəb olaraq biznes fəaliyyətinin yüksək xərclərini göstərib.

"Gesamtmetall"ın rəhbəri bəyan edib ki, Almaniyada elektrik enerjisi həddindən artıq bahadır, korporativ vergilər və sosial ayırmalar yüksəkdir, həmçinin ifrat bürokratiya mövcuddur. O qeyd edib ki, bürokratiyanın azaldılması məsələsində sistemli yanaşma çatışmır: "Biz heyvanlar arasındakı epidemiyalarla bürokratiyanın azaldılmasından daha sistemli şəkildə mübarizə aparırıq". Onun fikrincə, "bürokratların özlərini də ixtisar etmək" lazımdır – dövlət idarəçiliyində personal həddindən artıq çoxdur və bu bütün səviyyəli büdcələrə yük olur.

"Biz artıq iki ildir resessiyadayıq. 2018-ci ildən bəri 270 min iş yeri itirmişik. Ötən ay sahəmizdə çalışanların sayı 3,8 milyon nəfərdən aşağı düşüb. Bu, 2015-ci ildən bəri baş verməmişdi", - Çander fikrini yekunlaşdırıb.

Link kopyalandı!
Son xəbərlər