15:34
7°C
Bakı
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Silahlı Qüvvələrinin bir neçə əsgərinin əsir götürüldüyünü bildirib.
Moderator.az xəbər verir ki, Laricani bu barədə "X" platformasında yazıb.
Buna cavab olaraq, ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi "Əl-Cəzirə" telekanalına müsahibəsində İran rejiminin amerikalı əsgərlərin əsir götürülməsi ilə bağlı bəyanatlarının onun yalan və hiyləsinin daha bir nümunəsi olduğunu bildirib.
