14:28
7°C
Bakı
"ABŞ İran üzərində sürətli qələbə qazanır".
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına müsahibəsində çıxış edib.
"Biz sürətlə və görünməmiş səviyyədə qalib gəlirik", - deyə o bildirib.
Trampın sözlərinə görə, İranda demək olar ki, hər şey məhv edilib:
"Raketlər darmadağın edildi, onlardan çox az qalıb. PUA-lar partladıldı, fabriklər hazırda partladılır. Hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri, hər bir hərbi element, o cümlədən onların rəhbərliyi də məhv edildi. Məhv edilməyən heç nə yoxdur".