Pezeşkian:
Dünya
225
12:20, Bu gün

Pezeşkian: "Qonşu ölkələrdən hücum olarsa, cavab verməyə məcbur qalacağıq"

Tehran qonşu ölkələrin ərazisindən həyata keçiriləcək istənilən hücuma cavab verəcəyini bildirib.

Moderator.az "Turkiye Today" nəşrinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian açıqlama verib.

O, xalqa müraciəti zamanı İranın regional tərəfdaşlarla yaxşı münasibətlər qurmağa çalışdığını vurğulayıb.

"Əgər hansısa ölkənin ərazisindən bizim torpağımıza hücum etməyə və ya ölkəmizə soxulmağa cəhd edilərsə, biz buna cavab verməyə məcbur olacağıq. Bu isə o demək deyil ki, bizim həmin ölkə ilə mübahisəmiz var və ya onun xalqını məyus etmək istəyirik", - deyə Pezeşkian bildirib.

Prezident qonşu ölkələri ABŞ və İsrailin təsiri altında qalaraq bir-birinə qarşı çıxmamağa çağırıb. Onun sözlərinə görə, regionda mövcud fikir ayrılıqları daxili dialoq yolu ilə həll edilməlidir.

Məsud Pezeşkian həmçinin bütün iranlıları birliyə çağıraraq ölkəni müdafiə etmək üçün səfərbər olmağa səsləyib.

"İran düşmənə öz torpağının bir qarışını belə ələ keçirməyə imkan verməyəcək", - deyə o vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər