İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub
Dünya
202
12:00, Bu gün

İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub

İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Şuranın üzvü Məhəmməd-Mehdi Mirbaqeri bildirib.

"Ekspertlər Şurasının hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb", - o deyib.

Mirbaqeri həmçinin qeyd edib ki, həll edilməli olan bəzi məsələlər qalır.

Ekspertlər Şurasında Xuzistan əyalətini təmsil edən Əmirrza Hedayi sədri yeni liderin adını mümkün qədər tez açıqlamağa çağırıb. "Mehr" agentliyinin məlumatına görə, şura nümayəndələrinin əksəriyyəti bir nəfərin namizədliyi ilə razıdır və ictimaiyyət onun adının elan olunmasını tələb edir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei fevralın 28-i səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib.

Link kopyalandı!
Son xəbərlər