Söz adamı
Dünya
212
11:53, Bu gün

Söz adamı

Söz Allahın adıyla!

“Birinci söz varıydı. Söz Allahla qoşaydı. Sözü Allah, Allahı söz yaratdı”.

İncil

Zəng gəldi telefonuna, - unutmamısan? Bu ay Seyranın 80 yaşı olur...

Bu 80 rəqəmi nağıl kimi, yuxu kimi gəldi mənə... Elə bil dünən idi, Filarmoniyanın yanında, Qala divarına bitişik, Zülfünün çayxanasında çay içə -içə qələm dostlarımızdan birinin təzəcə işıq üzü görmüş şeir kitabının müzakirəsini edirdik. Şən zarafatlar, sevgidən, dostluqdan... ciddi əsərlərdən diskussiyalar, mübahisələr, müxtəlif yanaşmalar, baxışlar...

İş yerlərimizdə, redaksiyalarda da belə idi - coşqun, çılğın günlər... O gənclik illərindən tutmuş, ta bu günəcən, illərdi, şahidlik etmişəm – uğurlu, dəyərli əsərlərə öz uğuru , öz əsəri kimi baxan, sevinən nadir qələm adamlarından biriydi Seyran Səxavət.

Ciddi, dünyəvi, fövqəl düşüncə məhsulu olan istər poeziya, istər nəsr əsərlərini qısqanclıq, paxıllıq hissi olmadan, müəllifin kimliyindən asılı olmayaraq dəyərləndirən, ona sevinən tək-tük qələm adamlarından biri, bəkə də birincidir Seyran!

Hal-hazırkı dünyanın “bulanıq”, “dumanlı” bir dövründə “maddi” düşüncələrin qulaqları kar, gözləri kor, yolları dar elədiyi zamanda Əlahəzrət Sözə sığınıb yaşayan Söz Adamıdı Seyran!

Ana dilimizi Ana südü kimi dəyərləndirib sevən Seyran!

Dostlarını, unudulmaqda olan dəyərli qələm adamlarını, xatirələrində, söz - söhbətlərində, yazılarında nəfəs, can verib “dirildən” qələm adamıdı Seyran! Dünyanı anlamaq, hali olub yaşamaq çox çətin, çox ağır...

O ağlayan kimdi elə,

Ağlaya-ağlaya gülür...

Sinəsini qan aparır.

Yarasının düyməsini

Bağlaya-bağlaya gülür...

Zakir Fəxri

Link kopyalandı!
Son xəbərlər