12:15
8°C
Bakı
İran Dubayın turistik rayonundakı "Marina" hotelinə pilotsuz uçuş aparatı ilə endirilən zərbəni rəsmən təsdiqləyib. İddia edilir ki, binada amerika hərbçiləri olublar.
Moderator.az bildirir ki, bu barədə "RİA Novosti" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən xəbər verib.
SEPAH-ın açıqlamasında bildirilir ki, əməliyyat zamanı İsrailin şimalındakı Hayfa şəhərində də hərbi hədəflər vurulub. Bunun üçün "Xeybər Şəkan" bərk yanacaqlı raketdən istifadə olunduğu bildirilir.
Bundan əlavə, SEPAH-ın hərbi dəniz qüvvələri Salman limanında amerikalı hərbçiləri dəstəkləyən obyektlərə zərbələr endirib.