Küveytin sərhəd idarəsinin iki zabiti həlak olub
Dünya
271
10:20, Bu gün

Küveytin sərhəd idarəsinin iki zabiti həlak olub

Küveytin Daxili İşlər Nazirliyi (DİN) Quru Sərhədlərin Mühafizəsi İdarəsinin iki zabitinin həlak olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, idarənin məlumatını KUNA yayıb.

Məlumata görə, iki zabit təhlükəsizliyin təmin edilməsi vəzifələri çərçivəsində xidməti borcunu yerinə yetirərkən həlak olub.

DİN onların ölüm səbəbləri barədə digər təfərrüatları açıqlamır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail hava zərbələri ilə İrana qarşı hərbi əməliyyata başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri Əli Xamenei həmin gün səhər öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları zərbələrə məruz qalıb.

Link kopyalandı!
Son xəbərlər