Tusk Trampın İran üzərində qələbə bəyanatını şübhə altına alıb
Dünya
306
08:50, Bu gün

Tusk Trampın İran üzərində qələbə bəyanatını şübhə altına alıb

Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın İran üzərində qələbə ilə bağlı bəyanatını şübhə altına alıb.

Moderator.az xəbər verir ki, Tusk bu barədə "X" hesabında paylaşım edib.

O bildirib ki, Yaxın Şərqdə silahlı qarşıdurma davam edir və bölgədə xaos genişlənməkdədir. Tusk qeyd edib ki, bu vəziyyət fonunda neft qiymətləri yüksəlir.

Polşa hökumətinin başçısı ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə tətbiq olunan sanksiyaların yumşaldıla biləcəyi barədə məlumatına da diqqət çəkib.

“Neft qiymətləri artır. Vaşinqton Rusiya neftinə sanksiyaları aradan qaldıra bilər. Bu vəziyyətdə əsl qalib kimdir?” – deyə Tusk yazıb.

Link kopyalandı!
Son xəbərlər