ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd
Dünya
178
08:00, Bu gün

ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd "B-1" bombardmançı təyyarələri göndərib

ABŞ Hərbi Hava Qüvvələrinin dörd "B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana yeni zərbələrə hazırlığı çərçivəsində İngiltərənin cənub-qərbindəki Ferford hava bazasına köçürülüb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, bombardmançılardan biri martın 6-da Britaniyaya gəlib, daha üç təyyarə isə martın 7-də bazaya yerləşdirilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi "B-1" təyyarələrinin gəlişini təsdiqləyib.

"ABŞ İranın bölgədə Britaniya vətəndaşlarının həyatını riskə atan raket atışlarının qarşısını almaq üçün konkret müdafiə əməliyyatları məqsədilə Britaniya bazalarından istifadə etməyə başlayıb", - nazirliyin bəyanatında deyilib.

Güman edilir ki, ABŞ İrana zərbələr endirmək üçün Ferford bazasından döyüş uçuşlarını "yaxın günlərdə" həyata keçirməyə başlayacaq.

Link kopyalandı!
Son xəbərlər