Hakan Fidan:
Siyasət
276
07 Mar 2026 | 22:54

Hakan Fidan: "Müharibənin regionda genişlənməsini istəmirik"

Türkiyənin xarici işlər naziri Hakan Fidan müharibənin regionda genişlənməsinin arzuolunmaz olduğunu bildirib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, nazir Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısından sonra açıqlama verib.

O qeyd edib ki, İran qonşu ölkələrlə daha uyğun münasibətlər qurmalıdır və üçüncü ölkələrə qarşı hücumlar doğru yanaşma deyil.

Fidanın sözlərinə görə, ABŞ, İsrail və İran arasında davam edən gərginliyin azaldılması üçün diplomatik təmaslar davam etdirilir.

"İran Türkiyəyə atılan raket məsələsi ilə bağlı xəbərdar edilib və vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq addımlardan çəkinmək tövsiyə olunub", - deyə o bildirib.

Nazir əlavə edib ki, mümkün vətəndaş müharibəsi ssenariləri ən təhlükəli variant hesab olunur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər