Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında bildirib.
Zelenski Makronu bu gecə Rusiyanın kütləvi zərbələrinin nəticələri, eləcə də cəbhədəki hadisələr barədə məlumatlandırıb.
Onun sözlərinə görə, Ukrayna əsgərləri bu qış gözəçarpan nəticələr əldə ediblər və müdafiənin bütün əsas sahələrini qoruyub saxlayıblar.
Zelenski qeyd edib ki, növbəti iki il üçün Ukrayna üçün 90 milyard avro dəstək haqqında Avropa razılaşmalarının həyata keçirilməsinin zəruriliyi, həmçinin Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanması müzakirə edilib.
Liderlər Yaxın Şərq və İran ətrafındakı vəziyyətə də toxunublar. Zelenski qeyd edib ki, Ukraynanın "Şahed" dronlarına qarşı təcrübəsi tərəfdaşlarla daha effektiv kollektiv təhlükəsizlik üçün əsas ola bilər.