20:16
6°C
Bakı
Üç gün ərzində İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisi məhv edilib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada çıxışı zamanı bildirib.
“42 döyüş gəmisini məhv etdik, bəziləri olduqca böyükdür”, - ABŞ Prezidenti qeyd edib.
Eyni zamanda, Tramp İran rabitə sistemlərindən məhrum olduğunu iddia edib: “Onların rabitə və telekommunikasiya vasitələri yoxa çıxıb. İndi necə ünsiyyət qurduqlarını bilmirəm, amma düşünürəm ki, bir şey tapacaqlar”.