İsrail ordusu Tehranda 16 təyyarəni məhv edib
Dünya
307
18:30, Bu gün

İsrail ordusu Tehranda 16 təyyarəni məhv edib

İsrail Hərbi Hava Qüvvələri Tehranın Mehrabad hava limanında "Qüds" qüvvələrinin 16 təyyarəsini məhv edib.

Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata görə, təyyarələr Livandakı Hizbullah təşkilatına silah təchizatı üçün istifadə olunub. Qeyd olunub ki, məhv edilən təyyarələrin içərisində silah və pul olub.

Belə ki, hava gəmiləri dəfələrlə Mehrabad hava limanından qalxıb və Hizbullah da daxil olmaqla, proksi qrupların ehtiyaclarını ödəmək üçün Yaxın Şərqin müxtəlif yerlərinə eniş edib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri üçün təhlükə yaradan İran qırıcılar sıradan çıxarılıb.

Link kopyalandı!
Son xəbərlər