20:14
6°C
Bakı
Martın 7-də BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 16 ballistik raketin və 121 dronun İran ərazisindən atıldığını aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi "X"də məlumat paylaşıb.
"Martın 7-də BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 16 ballistik raket atışını aşkar edib ki, bunlardan 15-i məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, İran ərazisindən 121 dron buraxılışının edilməsi də müəyyən edilib. PUA-lar yalnız ikisi BƏƏ ərazisinə düşüb. Digər 119 PUA isə zərərsizləşdirilib", - deyə açıqlamada bildirilir.
Müdafiə Nazirliyinin statistikasına görə, eskalasiyanın başlanğıcından bu günə qədər BƏƏ istiqamətində 221 ballistik raket və 1300-dən çox dron atılıb.