Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskidən təhdid dolu mesaj aldığını və bunu öz ölkəsinə qarşı təhdid kimi qəbul etdiyini bildirib. O qeyd edib ki, dərhal buna son qoyulmasını məsləhət görür.
Viktor Orban, həmçinin xəbərdarlıq edib ki, Ukrayna şantaj yolu ilə Macarıstandan heç nə əldə edə bilməyəcək.
Bu barədə Moderator.az TASS-a istinadən məlumat verir.
"Cənab prezident, məni və mənim simamda bütün Macarıstanı öz əsgərlərinizlə hədələdiyiniz mesajı aldım. Bu işə yaramayacaq, bunu dayandırın. Bura Macarıstandır. Macarları şantaj etmək olmaz, məni də təhdid etmək olmaz", - deyə Orban bildirib.
"Ən yaxşısı sülhdür. Şantaj və təhdidləri dayandırın. Neft blokadasına son qoyun və Macarıstana neft tədarükünü təmin edin. Təhdid və şantaj əvəzinə, macarlara layiq olduqları hörməti göstərin", - deyə o qeyd edib.