650 il əvvəl batan gəminin qalıqları tapıldı
Dünya
170
15:12, Bu gün

650 il əvvəl batan gəminin qalıqları tapıldı

Sinqapur sahilləri yaxınlığında arxeoloqlar təxminən 650 il əvvəl Çindən Temasek limanına gedərkən batmış yük gəmisinin qalıqlarını aşkar ediblər.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, qazıntılara dörd il ərzində gəmi qəzası yerini araşdıran arxeoloq Mixael Fleker rəhbərlik edib. Tapıntılar arasında Monqol imperiyası dövründəki Yuan sülaləsinə aid XIV əsrə məxsus təxminən 136 kiloqram farfor məmulatları var.
 
Əşyaların böyük hissəsi zədələnmiş olsa da, tədqiqatçılar demək olar ki, bir neçə bütöv qalmış nümunəni də aşkar edə biliblər.
 
Xüsusilə qorunub qalan əşyaların üzərindəki təsvirlər diqqət çəkir: farfor nümunələrindən birində dördayaqlı əjdaha, digərində xrizantemlər arasında feniks təsvir olunub. Daha bir əşyanın qalıqları isə lotuslar arasında üzən mandarin ördəklərinin təsvirini formalaşdırır.
 
Bu tapıntı XIV əsrdə Çin ilə Cənub-Şərqi Asiya arasında mövcud olan ticarət yolları və mədəni əlaqələr haqqında yeni məlumatlar əldə etməyə imkan yaradır.
 
Link kopyalandı!
Son xəbərlər