Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini qismən BƏRPA EDİB - YENİLƏNİB
Dünya
521
14:30, Bu gün

Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini qismən BƏRPA EDİB - YENİLƏNİB

İranın dron hücumu səbəbindən hava nəqliyyatının dayandırılmasından sonra Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini qismən bərpa edib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "Emirates" şirkəti öz "X" hesabında məlumat verib.
 
Qeyd edilib ki, şirkət vəziyyətdən asılı olaraq cədvəldə mümkün dəyişikliklərlə fəaliyyətini bərpa edib.
 
"Bugünkü uçuşlar üçün təsdiqlənmiş bronları olan sərnişinlər hava limanına gedə bilərlər. Bu, həmçinin Dubaydan tranzitlə keçən sərnişinlərə də aiddir, əgər onların keçid uçuşları da həyata keçirilirsə", - deyə şirkətin məlumatında bildirilib.
 
12:02
 
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Dubay hökumətinin mətbuat xidmətindən məlumat verilib.
 
11:54
 
Təxminən 20 sərnişin təyyarəsi Dubay hava limanlarına enə bilmir.
 
Moderator.az bu barədə TASS-a istinadən xəbər verir.
 
"Müxtəlif şəhərlərdən təxminən 20 reys hazırda həm BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), həm də qonşu Omanın hava məkanında gözləmə rejimindədir", - deyə mənbə bildirib və qeyd edib ki, təyyarələr eniş icazəsi alana qədər gözləmə rejimində qalacaqlar.
 
Daha əvvəl BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirilən raket və PUA (Pilotsuz Uçuş Aparatları - dron) hücumlarını dəf etdiyi bildirilirdi.
 
Xarici KİV Əbu-Dabidə bir neçə partlayışın baş verdiyini, Dubayda beynəlxalq hava limanının üzərindəki səmada hava hücumundan müdafiə sisteminin işlədiyini bildiriblər.
 
BƏƏ Müdafiə Nazirliyinin bəyanatına görə, partlayışlar raket və dronların ələ keçirilməsinin nəticəsində baş verir.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Link kopyalandı!
Son xəbərlər