Bizi sosial şəbəkələrdən izləyin:
"İran qonşu ölkələrə qarşı hücumları yalnız cavab olaraq həyata keçirəcək".
Moderator.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, qonşu ölkələr bundan sonra yalnız İran ərazilərinə hücum etdikdə hədəf alınacaq. Bu barədə müvəqqəti rəhbərlik şurası dünən qərar qəbul edib.
İran mediasında yayımlanan açıqlamada Pezeşkian həmçinin qonşu ölkələrdən son günlərdə həyata keçirilmiş zərbələrə görə üzr istəyib.
Prezidentin sözlərinə görə, bundan sonra regional hücum siyasəti yalnız ərazi müdafiəsi çərçivəsində aparılacaq və qəsdən qonşu dövlətlər hədəf alınmayacaq.