Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ "USS George H.W. Bush" aviadaşıyıcı gəminin rəhbərlik etdiyi üçüncü zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" məlumat verib.
Jurnalist Lukas Tomlinsonun sözlərinə görə, üçüncü təyyarədaşıyan zərbə qrupu Atlantik okeanı keçməyə və İranla müharibəyə qoşulmağa hazırlaşır.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi artıq ABŞ-İsrail hərbi əməliyyatının aparıldığı ərazidədir. İkinci aviadaşıyıcı olan "USS Gerald R. Ford" isə Qırmızı dənizdədir.