Birləşmiş Ərəb Əmirliklərində İranın hava hücumları dəf olundu
Dünya
182
10:55, Bu gün

Birləşmiş Ərəb Əmirliklərində İranın hava hücumları dəf olundu

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın raket və dron hücumlarını dəf edib.
 
Moderator.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri İrandan endirilən raket və pilotsuz təyyarə hücumlarını uğurla dəf edib.
 
Bəyanatda qeyd olunur ki, baş verən partlayışlar raket və dronların ələ keçirilməsinin nəticəsidir.
 
Nazirlik əlavə edib ki, hücumlar zamanı insan tələfatı qeydə alınmayıb və təhlükəsizlik tədbirləri davam etdirilir.
 
Link kopyalandı!
Son xəbərlər