İran Səudiyyə Ərəbistanını və İordiyanını hədəf aldı
Dünya
215
09:53, Bu gün

İran Səudiyyə Ərəbistanını və İordiyanını hədəf aldı

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Səudiyyə hava məkanında iki İran ballistik raketini zərərsizləşdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat verib.
 
Bildirilib ki, "Şahzadə Sultan" aviabazasına zərbə endirmək üçün nəzərdə tutulan iki ballistik raket məhv edilib. Xəbərdə zərərsizləşdirilən raketlərin dəqiq yeri göstərilməyib.
 
Bundan başqa İordaniya səmasında da İran dronu məhv edilib. "Al Jazeera"nin məlumatına görə, dörd ədəd İran PUA-sı İrbid şəhəri üzərində vurulub.
 
Link kopyalandı!
Son xəbərlər