02:54
6°C
Bakı
Ukraynanın yaxın günlərdə Yaxın Şərq regionunda yerləşən ABŞ hərbi obyektlərinin mühafizəsinə başlayacağı gözlənilir.
Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bununla belə, mənbələr əməliyyatın dəqiq başlama tarixini və ya Ukrayna silahlı qüvvələrinin Birləşmiş Ştatlara konkret olaraq necə yardım edəcəyi barədə təfərrüatı açıqlamayıblar.
Xatırladaq ki, martın 5-də Volodimir Zelenski Birləşmiş Ştatlardan Yaxın Şərqdə hava hücumundan müdafiə sahəsində dəstək xahişi aldığını bəyan etmişdi. Dövlət başçısı müvafiq resursların təmin olunması və ukraynalı mütəxəssislərin regiona ezam edilməsi barədə göstəriş verdiyini vurğulamışdı.