Litva hökuməti İrandakı hərbi fəaliyyətlərlə bağlı logistik məsələlərin tənzimlənməsi məqsədilə ABŞ-nin ölkə ərazisindən istifadə etməsinə şərait yaratmağa hazır olduğunu bəyan edib.
Moderator.az TASS-a istinadən bildirir ki, bu barədə Baltikyanı ölkənin dövlət başçısı Gitanas Nauseda deyib.
"Litva sadiq və öhdəliklərini dərk edən bir müttəfiq kimi, Birləşmiş Ştatların öz ərazisindən yararlanması imkanlarını nəzərdən keçirməyə hazırdır. Bu ərazi birbaşa hərbi əməliyyatlar üçün yox, məhz logistik ehtiyacların təmin edilməsi üçün təqdim olunacaq", - deyə prezident vurğulayıb.
Dövlət başçısı əlavə olaraq ümidvar olduğunu bildirib ki, Yaxın Şərq regionundakı böhranın hərbi müstəvidə həlli, son nəticədə diplomatik danışıqlar vasitəsilə sülhün bərqərar olmasına zəmin yaradacaq.