KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib
Dünya
367
06 Mar 2026 | 20:35

KİV: İran raket buraxılış qurğularının 60 faizini itirib

İran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlar zamanı raket buraxıcılarının və hava hücumundan müdafiə sistemlərinin təxminən 60%-ni itirib.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin I24 televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, bu rəqəmlər martın 5-i İsrail Təhlükəsizlik Kabinetinin iclasında açıqlanıb. Mənbələrin sözlərinə görə, İsrail ordusu əməliyyatın gedişatından və ABŞ ilə koordinasiyadan razıdır.

Hərbi mənbələr qeyd ediblər ki, İsrail qüvvələri ən azı daha bir həftə ərzində İrandakı hədəflərə aktiv zərbələr endirməyi, daha sonra isə hücumların intensivliyini azaltmağı planlaşdırır.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da ABŞ ordusunun İranın raketlərinin 60%-ni və buraxılış qurğularının 64%-ni məhv etdiyini bildirmişdi.

Link kopyalandı!
Son xəbərlər