00:58
7°C
Bakı
Quantanamo əyalətinin İmias şəhəri yaxınlığında zəlzələ baş verib.
Moderator.az "Cubadebate" istinadən məlumat verir ki, Kubanın şərq bölgəsində 5,3 bal gücündə yeraltı təkanlar meydana gəlib. Təbiət hadisəsi Santyaqo-de-Kuba və Quantanamo əyalətlərinin ərazisində də hiss edilib.
Kuba Milli Seysmoloji Xidmətinin monitorinq stansiyaları yerli vaxtla saat 04:56-da (Bakı vaxtı ilə saat 13:56 - red.) baş verən zəlzələni qeydə alıb.
Seysmoloqların hesabatına əsasən, zəlzələnin episentri Quantanamo əyalətində yerləşən İmias şəhərindən 30 km cənub-şərq istiqamətində, ocağı isə yerin 30 km dərinliyində yerləşib.